Jaluzman markası 2020-ci ildə təsis olunmuşdur, lakin komandamızı formalaşdıran mütəxəssislərin bu sahədə 12 ildən artıq təcrübəsi vardır. Yaranma dövründən etibarən məqsədimiz həm fərdi, həm də korporativ müştərilərə keyfiyyətli və estetik jalüz, karniz, pərdə və günəşdən qoruyucu həllər təqdim etməkdir. Jaluzman plicell və rulon jalüzlərdən tutmuş, boru tipli karniz, Roman pərdələrə, vertikal və üfüqi jalüzlərə, taxta jalüz və avtomatlaşdırılmış sistemlərə qədər geniş məhsul çeşidi ilə xidmət göstərir. Məhsullarımız müxtəlif interyerlərə uyğun dizayn olunmaqla yanaşı, eyni zamanda məxfiliyi, işıq idarəsini və komfortu təmin edir.